Keçid linkləri

2025, 16 İyun, Bazar ertəsi, Bakı vaxtı 16:22

Uranın zənginləşdirilməsi nədir?


İranın Natanz şəhərindəki uranın zənginləşdirilməsi zavodunda sentrifuqalar.
İranın Natanz şəhərindəki uranın zənginləşdirilməsi zavodunda sentrifuqalar.

Bilirdinizmi ki, bir şəhəri enerji ilə təmin edən eyni texnologiyadan nüvə bombası hazırlamaq üçün də istifadə oluna bilər?

Uranın zənginləşdirilməsi təbii urandakı "uran-235" izotopunun miqdarını artıran bir prosesdir. Bu proses nəticəsində uran nüvə reaktorlarında yanacaq kimi və daha yüksək səviyyədə zənginləşdirildikdə nüvə silahlarında istifadə oluna bilər.

Təbii uran yalnız təxminən 0.7 faiz "uran-235" izotopu ehtiva edir ki, bu da əksər tətbiqlər üçün yetərli deyil. Zənginləşdirmə bu faizi artıraraq uranın müxtəlif sahələrdə istifadəsinə imkan verir.

Zənginləşdirmə səviyyəsi həlledicidir. Aşağı səviyyədə zənginləşdirilmiş uran (3-5 faiz uran-235) əksər nüvə reaktorlarını enerji ilə təmin edir. Tədqiqat reaktorlarında isə uran zənginliyi 20 faizə qədər ola bilər.

Lakin nüvə silahı hazırlamaq üçün uran, ən azı, 90 faiz səviyyəsində zənginləşdirilməlidir və belə uran "silah uranı" adlanır. Bir ölkə 90 faiz zənginləşdirməyə nə qədər yaxınlaşırsa, beynəlxalq narahatlıq da bir o qədər artır.

Son illərdə İran uranı 60 faiz səviyyəsində zənginləşdirməyə nail olub ki, bu da texniki baxımdan silah uranına əhəmiyyətli dərəcədə yaxınlaşma deməkdir.

Hazırda İran nüvə silahına malik olmayan yeganə ölkədir ki, uranı 60 faiz səviyyəsinə qədər zənginləşdirir. İran 2021-ci ilin aprelində Natanz nüvə obyektində "təxribat aktı" kimi qiymətləndirdiyi hadisədən sonra uranın zənginləşdirilmə səviyyəsini 20 faizdən 60 faizə yüksəldib. Həmin təxribat aktına görə Tehran İsraili ittiham edib.

İyunun əvvəlində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarə Heyəti qətnamə qəbul edərək İranın nüvə öhdəliklərinə əməl etmədiyini açıqlayıb. Qətnamədə İranın bəyan edilməmiş nüvə materialları və fəaliyyətləri ilə bağlı AEBA ilə hərtərəfli əməkdaşlıq etməməsi əsas səbəb kimi göstərilib.

İran isə bu qətnaməni tənqid edərək yeni zənginləşdirmə obyekti açmaq və zənginləşdirmə imkanlarını genişləndirmək planlarını elan edib. İran nüvə proqramının yalnız dinc enerji istehsalı və tibbi tədqiqat məqsədi daşıdığını bildirir.

XS
SM
MD
LG